Narkobaron “El Çapo”-nun qızı saxlanıldı - FOTO
0
0
ABŞ-da “El Çapo” ləqəbli narkobaron Xoakin Qusmanın qızı həbs edilib. Lent.az-ın Associated Press-ə istinadən verdiyi məlumata görə, Aleksandrina Qizel Qusman Salazar ABŞ-Meksika sərhəd-keçid məntəqəsində pasport yoxlanışı zamanı saxlanılıb. O, başqasının pasportu ilə ABŞ-a keçmək istəyirmiş.
Aleksandrine Qusman Salazar həm də sənəd saxtalaşdırılmasında ittiham olunur.
Yeri gəlmişkən o, “El Çapo”nun son vaxtlar həbs edilmiş üçüncü yaxın adamıdır. Bir qədər əvvəl narkobaronun əmisi oğlu Xesus Qutierres Avropaya narkotika daşımaqda ittiham olunaraq həbs edilib. Ondan əvvəl isə Xesusun oğlu Alfredo da saxlanılıb.
Xoakin “El Çapo” Qusman dünyada axtarışda olan 3 ən böyük narkobarondan biridir. Onun başçılıq etdiyi “Sinaloa” adlı narkobanda Meksikadan ABŞ ötürülən narkotik maddələrin üçdə birinə nəzarət edir.