Əsirlikdəki rus jurnalisti tapıldı
0
0
Suriya müxalifəti tərəfindən əsir götürülmüş rusiyalı jurnalist Ankar Koçnevadan xəbər var. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Koçnevanın Suriyada jurnalist kimi fəaliyyəti göstərmək üçün akkreditasiyadan keçmədiyi məlum olub.
İnformasiyaya görə, Ankar Koçneva Suriya müxalifəti tərəfindən Homsdan 11 km aralıda saxlanılıb və gizli düşərgəyə aparılıb.
Oktyabrın 10-dan bu yana Koçneva ailəsi ilə bir dəfə əlaqə qura bilib. Onda da müxalifətçilərdən birinin telefonu ilə ailəsinə SMS göndərib. Həmin SMS-də isə yazıb ki, onun vəziyyəti yaxşıdır. Koçneva göndərdiyi SMS-ə cavab yazmamağı, həmin nömrəyə zəng etməməyi də tapşırıb.