Əsədə gözdağı: qolubağlı əsgərlər küllədən keçirildi - FOTO
15 oktyabr 2012 12:11 (UTC +04:00)

Əsədə gözdağı: qolubağlı əsgərlər küllədən keçirildi - FOTO

Vətəndaş müharibəsinin 19 aydır ki, davam etdiyi Suriyada qan donduran xəbərlər gəlir.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Suriyada müxaliflər tərəfindən əsir götürülən prezident Bəşər Əsədə sadiq əsgərlərin güllələndiyini əks etdirən görüntü internetdə yayılıb.


Görüntüdə suriyalı bir müxalif əlləri bağlı və diz çökmüş əsgərləri tapança ilə tək-tək güllələyir. Əsgərlərin “əl-Qaidə” terror təşkilatına bağlı “əl-Nusra” qrupu tərəfindən gülləndiyi iddia edilib. Qrupun bu görüntünü internetdə yayaraq, Bəşər Əsəd rejimi üçün savaşan əsgərləri qorxutmaq istədiyi bildirilir. “Əl-Nusra” qrupu radikal islamçı qrup kimi tanınır, Suriyada üçüncü ən böyük silahlı qruplaşmadır. Bu qrupda 1000-ə qədər döyüşçü cəmləşib. Keçən həftə 34 nəfərin ölümünə səbəb olan partlayışın da arxasında “əl-Nusra” qrupunun durduğu ehtimal edilir.


Bu arada Dəməşqdə 100 nəfərin cəsədinin Deraya Dövlət Xəstəxanasının meyitxanasına aparıldığı bildirilib. Suriya müxalifəti müxalifət tərəfdarları olan bu şəxslərin əlləri bağlanaraq güllələndiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3700

Oxşar yazılar