
“Gürcü Arzusu” Saakaşvilini yenə məyus etdi
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Siqnaxi, Qori və Xaşuridə yerləşən seçki məntəqələrində seçkilər “Gürcü Arzusu” koalisiyasının şikayətləri əsasında təkrar keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsasən, Xaşuridə Valeriy Qelaşvili, Siqnaxidə Qela Qelaşvili, Qoridə Vaxtanq Vaxtanqişvili qalib gəlib. Beləliklə, parlament seçkilərinin nəticələrinə əsasən, majoritar dairələrdə Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” 42 mandat, prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat 31 mandat qazanıb. Proporsional seçki sistemi üzrə “Gürcü Arzusu” 45 mandat, Vahid Milli Hərəkat 32 mandat əldə edib.
Oxşar yazılar

Tramp: Sabah Azərbaycan, Ermənistan və ABŞ üçün tarixi gün olacaq
8 avqust 2025 , 03:29
Misir piramidalarını kimin nə zaman tikdiyi MƏLUM OLDU
7 avqust 2025 , 15:37
İsrail “Hizbullah”ı vurdu
7 avqust 2025 , 05:51
Yer kürəsində uzunmüddətli geomaqnit qasırğası gözlənilir
7 avqust 2025 , 03:13
Çində COVID-19 geri qayıdır: məhdudiyyətlər bərpa olundu - VİDEO
6 avqust 2025 , 22:00
Qanada helikopter qəzası: iki nazir həlak oldu
6 avqust 2025 , 21:02
Ukraynadakı müharibə 108 jurnalistin həyatına son qoyub
6 avqust 2025 , 18:17