«Onlar ölümcül səhvə yol verirlər»-AÇIQLAMA
07 oktyabr 2012 00:05 (UTC +04:00)

«Onlar ölümcül səhvə yol verirlər»-AÇIQLAMA

Şənbə günü Türkiyənin Suriya ilə həmsərhəd Hatay bölgəsi yenidən rəsmi Dəməşqə bağlı hərbi qüvvələr tərəfindən atəşə tutulub.

Lent.az-ın Türkiyənin informasiya vasitələrinə istinadən məlumatına görə, Türkiyə cavab atəşi açıb.

Mənbənin bildirdiyinə əsasən, mərmilər bu gün Yayladağın Güveççi kəndindəki boş əraziyə düşüb. Rəsmi Dəməşqin etiraflarına, üzrxahlığına baxmayaraq, artilleriya atəşi 4 gündür davam edir.

Hazırda Türkiyə sərhədi yaxınlığında Suriyanın hökumət və müxalifət qüvvələri arasında döyüş gedir.

Baş verənlərə münasibət bildirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib: «Türkiyə müharibə istəmir, amma ona çox yaxındır və ona hücum etmək istəyənlər ölümcül səhvə yol verirlər».

BMT-nin Təhlükəsizlik Şurası cümə axşamı Türkiyə ərazisinin atəşə tutulmasına görə Suriya rəhbərliyini ittiham edib.

Bu həftə Türkiyənin Ağcaqala qəsəbəsində baş vermiş olay zamanı 5 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdı.

Türkiyə parlamenti Türkiyə Silahlı Qüvvələrinin ölkə xaricinə göndərilməsi ilə bağlı hökumətə 1 il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan qərar layihəsi qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2990

Oxşar yazılar