Saakaşvili və İvanişvilinin deputat mandatlarının sayı açıqlandı
06 oktyabr 2012 17:51 (UTC +04:00)

Saakaşvili və İvanişvilinin deputat mandatlarının sayı açıqlandı

Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Mərkəzim Seçki Komissiyası ilkin nəticələr əsasında “Gürcü Arzusu” koalisiyasının 83 deputat mandatı, Mixail Saakaşvilinin rəhbərlik etdiyi siyasi qüvvə isə 67 deputat mandatı qazandığını açıqlayıb.

“Gürcü Arzusu” 44 deputat mandatını proporsional sistem üzrə, 39 deputat mandatını majoritar dairələrdə qazanıb. Vahid Milli Hərəkat isə 33 deputat mandatını proporsinal sistem üzrə, 34 deputat mandatını deputat mandatını majoritar dairələrdə qazanıb. Mərkəzi Seçki Komissiyası bir neçə seçki məntəqəsi üzrə şikayətlərin olduğunu, bunların seçkinin nəticəsinə əhəmiyyətli təsir göstərməyəcəyini də bəyan edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ötən bazar günü keçirilib, bülletenlərin sayılması dünən başa çatıb. İlkin məlumatlara əsasən “Gürcü Arzusu”54,85 faiz, Vahid Milli Hərəkat 40,43 faiz səs toplayıb. Seçkilərdə iştirak edən digər partiyalar 5 faizlik baryeri aşa bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530

Oxşar yazılar