Suriyada müxaliflər hərbi vertolyot vurdu - FOTO
06 oktyabr 2012 14:24 (UTC +04:00)

Suriyada müxaliflər hərbi vertolyot vurdu - FOTO

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün müxaliflər paytaxt Dəməşq üzərində bir hərbi vertolyotu vurublar.

Paytaxtın Huta Şakiye bölgəsində quyruq hissəsindən vurulan vertolyot əkin ərazisinə düşüb. Müxaliflər hərbi vertolyotun vurulduğu əks etdirən görüntünü internetə yerləşdiriblər.

Bu gün səhər saatlarından Suriyanın Türkiyə ilə sərhəd bölgələrində də döyüşlər şiddətlənib. İdlibin Harapjoz kəndində gedən döyşlər zamanı mərmilər tez-tez Türkiyənin Yayladağı rayonunun Güveççi kəndi ərazisinə düşür. Canlı yayın aparmaq üçün Güveççi kəndinə gələn Türkiyə televiziyalarının müxbirləri güllələrdən qorunmaq üçün yerə uzanmalı olublar. Artilleriya mərmiləri Türkiyə ilə sərhədə yaxın bölgələrdə partlayır. Müxalif yaralılar minik maşınları ilə Türkiyəyə gətirilir.

Qeyd edək ki, bu gecə Suriya istiqamətdən atılan top mərmisi Güveççi kəndi ərazisinə düşüb və buna cavab olaraq Türkiyə ordusu Suriya ordusunun mövqelərinə artilleriya zərbəsi endirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1480

Oxşar yazılar