İvanişvili erməniləri qəzəbləndirdi
06 oktyabr 2012 10:51 (UTC +04:00)

İvanişvili erməniləri qəzəbləndirdi

Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn “Gürcü Arzusu” Koalisiyasının lideri Bidzina İvanişvilinin “The New Times” qəzetinə müsahibəsinə ölkəsində yaşayan ermənilərlə bağlı söylədiklərinə Daşnaksütun Partiyasının parlament fraksiyasının üzvü Vaqan Ovannisyan reaksiya verib.

Xatırladaq ki, gürcülərin torpağa bağlı olduğunu və həmişə vətənə qayıtmağa can atdıqlarını söyləyən Bidzina İvanişvili hələ də ermənilərin Gürcüstanda nə üçün yaşadığını başa düşmədiyini bildirib. Söhbət Axısxa türklərinin tarixi vətəni olan Cavaxetiyada məskunlaşan və öz xislətlərinə uyğun olaraq hətta torpaq iddiası ilə çıxış edən ermənilərdən gedir.

Vaqan Ovannisyan isə iddia edib ki, yarım milyondan çox gürcü də Rusiyada yaşayır və Gürcüstanla Rusiya münasibətlərinin kəskinləşdiyi dövrdə də həmin gürcülər vətənlərinə qayıtmaq niyyətinə düşməyiblər. O, Ermənistan Xarici İşlər Nazirliyinin Bidzina İvanişviliyə cavab verməsinə isə hələ ehtiyac olmadığını dilə gətirib: “Hazırda Bidzina İvanişvili dövlət vəzifəsində deyil, siyasi koalisiyanın rəhbəridir. Buna görə də bəyanatı ictimai xarakter daşıyır”.

Qeyd edək ki, Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili olacaq. Bidzina İvanişvilinin bu sözləri bu gün erməni media orqanlarında əsas xəbərdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2872

Oxşar yazılar