Səudiyyə Ərəbistanında toyuq ətinə qarşı kampaniya başlayıb
06 oktyabr 2012 07:14 (UTC +04:00)

Səudiyyə Ərəbistanında toyuq ətinə qarşı kampaniya başlayıb

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Twitter» və «Facebook» şəbəkələrində toyuq ətinin birdən bahalaşmasına etiraz olaraq, istehlakçıları onu almamağa çağırıblar.

Bu kampaniya bir neçə gün öncə «Qoy, iylənsin» şüarı altında başlayıb. Hakimiyyət ərzaq mallarını ucuzlaşdırmaq üçün təcili tədbirlər görmək üçün qərar qəbul edib.

Ölkə rəsmiləri bildirib ki, dünyada yemin bahalaşması ilə əlaqədar toyuq ətinin də qiyməti qalxıb. Hakimiyyət toyuq ətinin idxalını müvəqqəti olaraq, dayandırıb.
Xəbərə əsasən, toyuq əti Səudiyyə Ərəbistanında gündəlik qida rasionunun əsasında durur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350

Oxşar yazılar