Ramzan Kadırov ad gününü Jerar de Pardye, Ornella Muti və Arəşlə qeyd edib
06 oktyabr 2012 06:10 (UTC +04:00)

Ramzan Kadırov ad gününü Jerar de Pardye, Ornella Muti və Arəşlə qeyd edib

Onlar Çeçenistana Qroznının «Şəhər günü» münasibətilə səfər ediblər. Mərasimə italiyalı aktrisa Ornella Muti və fransalı aktyor Jerar de Pardye də qatılıb.

Həmin gün Çeçenistanın prezidenti Ramzan Kadırovun da doğum günü idi.

Lent.az-ın İTAR-TASS-a istinadən məlumatına görə, qonaqlar arasında britaniyalı müğənni və mahnı müəllifi Kreyq Devid, müğənni Arəş, musiqiçi Stiv Edvards, müğənni İnqrid, eləcə də Rusiya estradasının ulduzları - Valeri Meladze, Diana Qurtskaə, Yuliya Saviçeva, Soso Pavliaşvili, "Serebro" qrupu, aktyor Dmitriy Dyujev, "Polu çudes" proqramının aparıcısı Leonid Yakuboviç və başqaları da olub. Konserti Musa Süleymanov və teleaparıcı Yana Çurikova aparıb.

Ramzan Kadırov qonaqları "Qroznı-Siti" kompleksinin yay səhnəsindən salamlayıb. O, Rusiya prezidenti Vladimir Putinin təbriklərini çatdırıb.

Xatırladaq ki, bir il əvvəl Qroznıdakı mərasimdə iştirak edən məşhur aktyor və musiqiçilər tənqid olunmuşdular. Beynəlxalq hüquq müdafiəsi təşkilatları onların Çeçenistan paytaxtına səfərini yersiz hesab etmişdi. İki dəfə "Oskar" laureatı, amerikalı aktrisa Hillari Suonk tənqidlərdən sonra bəyan etmişdi ki, Qroznıya getdiyinə peşimandır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1364

Oxşar yazılar