Məhbus Fərdin Muradpurun sağlıq durumu ağırlaşıb
06 oktyabr 2012 05:18 (UTC +04:00)

Məhbus Fərdin Muradpurun sağlıq durumu ağırlaşıb

İranda həbsdə saxlanan gənc ictimai-mədəni fəal gənc Fərdin Muradpurun sağlığında ciddi problemlər yaranıb.
Lent.az-ın məlumatına görə, gözündə və ürəyində ciddi problemlər yaranan milli fəala müalicə almağa və dərman qəbul etməyə, eləcə də ailəs iilə əlaqə saxlamağa icazə verilmir. Görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşən Fərdin Muradpurun azadlığa buraxılması üçün elektron imzatoplama kampaniyasınabaşlanıb.

Aşağıdakı linkə daxil olmaqla Fərdin Muradpurun haqlarının bərpası üçün imza ata bilərsiniz:
http://www.gopetition.com/petitions/fardin-muradpour/sign.html

Xatırladaq ki, Fərdin Muradpur 1990-cı ildə Təbrizdə doğulub. Yeniyetmə yaşlarından milli –mədəni haqların təmin olunması uğrunda çalışır.oşulub. İlk dəfə 14 yaşında həbs olunan Fərdin Muradpur davamlı olaraq təqiblərə məruz qalıb. Dəfələrlə həbs edilən milli faəl 2006-cı il may hadisələrində polisin açdığı iki gülləyə tuş gəlib.

Ağır yaralanan bu gənc 13 gün xəstəxanada müalicə olunub.Tam sağalmamış ETTELAAT əməkdaşları tərəfindən gecə saatlarında təcridxanaya aparılıb. Orada 26 gün təkadamlıq kamerada saxlanılan Fərdin Muradpur işgəncəylə keçən 65 gün sonra Təbriz zindanına köçürülüb. 2009-cu ildə zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılıb.

Məhkəmə qərarıyla 6 il həbs cəzası alan o, «ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətdə, hakimiyyətə qarşı çıxmaqda» «təqsirli» bilinərək, 6 il azadlıqdan məhrum edilib.

22 ay Təbriz həbsxanasında narkomanlarla və cinayətkarlarla bir bölümdə saxlanıb.Onun müalicəsinə və dərman qəbul etməsinə icazə verilmir. Fərdin Muradpurun hazırda ürəyində də ciddi problem yaranıb. Ona ailəsi ilə əlaqə saxlamağa da icazə verilmir.

Fərdin Muradpurun tək özü deyil, ailəsi də təqiblərə məruz qalır. Valideynləri də 37 gün "Ettelaat"da saxlanıb. Qardaşı Mürtəza da Fərdin Muradpurla eyni ildə həbs edilib və ağır işgəncələrə məruz qalmışdı.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar