Suriya -Türkiyə sərhədində «kürd ordusu» qurulub
06 oktyabr 2012 04:19 (UTC +04:00)

Suriya -Türkiyə sərhədində «kürd ordusu» qurulub

PYD artıq qondarma «Kürdüstan xalq briqadaları ordusunun yaradıldığını elan edərək, bunun dövlət qurmaq yolunda ilk addım» olduğunu bildirib.

Məlumata görə, PYD Qobani, Qamışlı, Amudə, Dərika, Hamko, Afrin, Tırbe Sıpi və Sərakani kimi rayonlarda «asayişi təmin edəcəyini» vurğulayıb. Bütün kürd silahlı qrupları öz ətrafında birləşməyə dəvət edən PYD bunun xaricində olan dəstələri ləğv edəcəyini elan edib.

Xatırladaq ki, PYD daha əvvəl də Suriyanın Türkiyə ilə sərhəd bölgələrində hərbi düşərgələr salıb.Türkiyənin Şanlıurfa bölgəsi Suruc rayonunun paralelində - Qobanidə “Tolhildan” («Öcalan»), Qaziantəp vilayətinin paralelində -Afrində “Şəhid Çəkdar” adlı muzdlu əsgər düşərgələri qurmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2212

Oxşar yazılar