Marneulidə qarşıdurma
05 oktyabr 2012 22:06 (UTC +04:00)

Marneulidə qarşıdurma

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qarşıdurmada Gürcüstanda oktyabrın 1-də parlament seçkilərində iştirak edən “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” partiyasının fəalları iştirak ediblər. Marneuli rayon icra hakimiyyətinin rəhbəri Zaza Dekanoidze, icra hakimiyyətinin Merab adlı sürücüsü və “Gürcü arzusu” blokunun üzvü Geronti Sisvadze xəstəxanaya düşüblər. Onlardan üçünün vəziyyəti qənaətbəxşdir. “Gürcü arzusu”nun üzvü evə buraxılıb. Sürücü Merab başından və çənəsindən zərbə alıb və həkimlərin dediyinə görə, beyin travması alıb.

Marneuli rayon icra başçısı Zaza Dekanoidze APA-ya açıqlamasında hadisənin qəflətən baş verdiyini və 150-yə qədər şəxsin icra hakimiyyətinə hücum etdiyini və binadan çıxmağı tələb etdiklərini bildirdilər. “Biz öz vəzifəmizi yerinə yetirirdik. Düzdür, seçkilərdə uduzduq. Bunu indi də etiraf edirik. Hətta bu etirafı “Vahid Milli Hərəkat”ın lideri, Gürcüstan prezidenti Mixail Saakaşvili də rəsmi şəkildə bildirib. Biz hücum edənlərə dedik ki, hələlik biz öz vəzifəmizdəyik. Biz, Gürcüstan konstitusiyasında necə yazılıbsa, o cür hərəkət etməliyik. Lakin kütlə mənim müavinim Aleko Metrevelini və onun sürücüsünü, eyni zamanda bələdiyyə sədri İsfəndiyar Kərimovu vurublar. Bir nəfərin üstünə 10-15 nəfər hücüm edib”

Marneuli rayon bələdiyyəsinin sədri İsfəndiyar Kərimov da APA-ya açıqlamasında baş verən hadisəni təsdiqləyib. “Hadisədə Zaza Dekanoidze, Aliko Metreveli, İsfəndiyar Kərimov, icra hakimiyyəti başçısının müavininin sürücüsü Merabı vurublar. Hazırda Merabın vəziyyəti ağırdır. Biz onlara dedik ki, qanun çərçivəsində fəaliyyət göstəririk, nə vaxt siz rəsmi şəkildə gəlsəniz, onda hakimiyyəti sizə verə bilərik.”

Məlumata görə, hər iki tərəf müxtəlif məzmunlu açıqlamalar verib. Adını çəkməyimizi istəməyən “Gürcü arzusu”nun üzvü APA-ya bildirib ki, Marneulinin indiki hakimiyyəti bizim üzvlərimizdən birini döydürüb, buna görə biz onlardan qisas alırıq.
Hadisəyə polis müdaxilə etdikdən sonra qarşıdurma dayandırılıb. Məlumata görə, faktla bağlı araşdırma aparılır. Gürcüstan televiziyası hadisə ilə bağlı Marneuli rayon xəstəxanasından birbaşa yayım təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2566

Oxşar yazılar