Turqut Özal yenidən dəfn edilir
05 oktyabr 2012 13:30 (UTC +04:00)

Turqut Özal yenidən dəfn edilir

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Məhkəmə-Tibbi Ekspertiza İdarəsində aparılan araşdırmadan sonra Turqut Özalın cəsədi bu dəqiqələrdə İstanbulun Topkapı ərazisində yerləşən qəbiristanlığa gətirilib. Bir azdan keçiriləcək dəfn mərasimində Turqut Özalın həyat yoldaşı Səmra Özal və oğlu Əhməd Özal da iştirak edəcək. Dəfn öncəsi qəbiristanlığa gələn Turqut Özalın oğlu Əhməd Özal deyib ki, kiçik dəfn mərasimi keçiriləcək: Biz məzarın açılmasını istəmirdik, acaq bu, prokurorluğun qərarı idi”.


Qeyd edək ki, Turqut Özalın qəbri onun zəhərlənməsi iddialarını araşdırmaq üçün açılıb. Əhməd Özal məhkəmə-tibbi ekspertiza zamanı zəhərlənmə ilə əlaqədar əlamətlərin aşkarlanıb-aşkarlanmadığı barədə ona məlumat verilmədiyini də söyləyib: “Bunun üçün hələ vaxt tezdir. Hər halda nəticələrin əldə olunması bir az vaxt aparacaq”.

Əhməd Özal atasının cəsədinin 20 il ərzində çürümədiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1688

Oxşar yazılar