Başlandı: Tiflisdə bir gündə üç bank qarət edildi
05 oktyabr 2012 13:16 (UTC +04:00)

Başlandı: Tiflisdə bir gündə üç bank qarət edildi

Tiflisdə “Gürcüstan Bankı”na silahlı basqın olub. Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, maskalı şəxslər bankın Varketili rayon şöbəsindən 6 min dollar və 3 min avro aparıblar.

Maraqlıdır ki, eyni vaxtda “Prokredit bank”-ın Tiflisdəki filiallarının birinə də basqın edilib və külli-miqdarda pul oğurlayıblar.

Dünən gecə saatlarında isə yenə “Gürcüstan bankı”nın paytaxtdakı ofislərinin biri qarət edilib. Beləliklə bir gündə Tiflisdə üç bank qarətçilərin basqınına məruz qalıb.

Gürcüstan KİV-nin məlumatına görə, Gürcüstanda sonuncu dəfə 2009-cu ilin noyabrında bu tipli cinayət hadisəsi baş verib. Onda basqınçılar valyutadəyişmə məntəqəsinə hücum etmişdilər və 4 min lari (təxminən 2 min manat) pul aparmışdılar.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2459

Oxşar yazılar