Dağıstanda ara qarışdı: Dərbənddə partlayış, Buynakskda döyüş gedir
05 oktyabr 2012 10:53 (UTC +04:00)

Dağıstanda ara qarışdı: Dərbənddə partlayış, Buynakskda döyüş gedir

Şimali Qafqazın ən qaynar regionu olan Dağıstanda bu səhər yenidən atəş səsləri eşidilib. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, bölgənin azərbaycanlılar yaşayan Dərbənd şəhərində polis maşını partladılıb. “Opel” markalı maşının partladılması nəticəsində bir polis nəfəri ağır yaralanaraq hospitala yerləşdirilib. Bir neçə nəfər yüngül xəsarət alıb.
Dağıstanın Buynaksk şəhərindəki “Drujba” mikrorayonunda isə yaraqlılarla polis arasında əsil döyüş başlayıb. Mikrorayondakı binaların birində gizlənən yaraqlılar polisin təslim olmaq əmrinə atəşlə cavab veriblər. Həmin binadan və ətraf ərazilərdən sakinlər köçürülüb. Ölən və yaralananlar barədə hələ ki məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1733

Oxşar yazılar