Bu gün Turqut Özal dəfn olunacaq
05 oktyabr 2012 07:29 (UTC +04:00)

Bu gün Turqut Özal dəfn olunacaq

Məlumata görə, oktyabrın 2-də məzardan çıxarılan Özalın cəsədi 5 nəfərin girə bildiyi xüsusi bir otaqda saxlanılıb. Ölüm səbəblərinin araşdırılması üçün cəsəddən nümunələr götürülüb.Toksikoloji və kimyəvi araşdırmalar aparılacaq.

Qeyd edək ki, bu gün Bakı vaxtıyla saat 11.00-də Turqut Özalın cənazısi İstanbul bələdiyyəsi məzarlıqlar idarəsinə təhvil veriləcək. İstanbul prokurorluğunun nəzarətində İstanbul valiliyinin keçirəcəyi dini mərasimdən sonra Özalın cəsədi yenidən Topkapı məzarlığında torpağa tapşırılacaq. Mərasimdə onun ailəsi və İstanbul müftiliyinin nümayəndəsi, habelə vətəndaşların iştirak edəcəyi gözlənilir.

Dəfndən sonra daha əvvəlki mərmər baş daşından və sinədaşından istifadə olunmayacaq,Ailəsinin arzusu ilə Özalın qəbri dini ənənələrə uyğun şəkildə sadəcə torpaqla örtüləcək.

Məhkəmə tibbi ekspertizası mərhum Özalın bədənindən, məzar torpağından, məzarda olan sudan və məzarın müxtəlif yerlərindən götürdüyü nümunələr üzərindəki araşdırmanın nəticələri ən azı 2 aya qədər İstanbul prokurorluğuna təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar