BMT TŞ Suriyanı mühakimə edib
05 oktyabr 2012 04:49 (UTC +04:00)

BMT TŞ Suriyanı mühakimə edib

BMT Təhkəsizlik Şurası ötən gecə Türkiyənin sərhədyanı Ağcaqala qəsəbəsinin Suriya hakimiyyətinin ordusu tərəfindən topa tutulmasını mühakimə edən qətnamə qəbul edib.Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, sənəddə vurğulanıb ki, Suriyada böhranın dərinliyi vurğulanıb.

«Ölkədə vəziyyət o dərəcədə ağırdır ki, bu qonşu dövlətlərin, bütövlükdə bölgəni təhlükəsizliyinə və sabitliyinə təsir göstərməyə başlayıb»-deyə, sənəddə bildirilib.

Təhlükəsizlik Şurası rəsmi Dəməşqi qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağa, «beynəlxalq hüququ pozmamağa və gələcəkdə bu kimi halları törətməməyə» çağırıb.

Xatırladaq ki, Suriya Ağcaqlanın topa tutulması ilə bağlı Türkiyədən üzr istəsə də günahkarları indiyədək cəzalandırmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1349

Oxşar yazılar