Ermənistanın baş naziri “korrupsiya iclası” edib
05 oktyabr 2012 01:01 (UTC +04:00)

Ermənistanın baş naziri “korrupsiya iclası” edib

Ermənistanda korrupsiya halları tüğyan edir. Rüşvət alma faktlarına daha çox Sosial Sığorta Nazirliyində rast gəlinir.

Azərtac-in xəbərinə görə, Ermənistan KİV-ləri xəbər verirlər ki, Baş nazirin nəzarət xidməti bununla bağlı hesabat hazırlayaraq hökumətə təqdim etmişdir. Ermənistanda hər il 65 min adam əlillik qrupu almaq və ya qrupuna yenidən baxmaq üçün rüşvət verir. Bu barədə Baş nazirin nəzarət xidmətinin hökumətə təqdim etdiyi hesabatda deyilir.

Hesabatda o da bildirilir ki, sözügedən sahədə anarxiya hökm sürür. Məmurların süründürməçilik siyasəti nəticəsində əlil vətəndaşların hüquqları pozulur.

Bununla bağlı Baş nazir Tiqran Sarkisyan Sosial Sığorta Nazirliyində təcili iclas çağırmışdır.

Nəzarət xidmətinin rəisi demişdir ki, əlillik qrupu almaq prosesində rüşvət bütün ölkəni əhatə etmişdir. Tibbi idarələrdə bir ərizə üçün beş mindən 20 min dramadək pul tələb edilir. Ekspertiza komissiyasında qanunsuz məbləğin həcmi 15 mindən 35 min drama çatır. Əlillik aşkar edilmədikdə 200 min drama əlillik qrupu almaq mümkündür. Baş nazir Tiqran Sarkisyan özü də etiraf etmişdir ki, ildə 65-70 min vətəndaş korrupsiya riski ilə qarşılaşır. Tibbi müəssisəyə ərizə üçün 15-20 min dram verir, sonra komissiyaya gələrkən 35 min dram verməsə əlillik qrupuna yenidən baxılmır. Sosial Sığorta Nazirliyinə xəbərdarlıq edən Tiqran Sarkisyan tezliklə kadr dəyişikliyi olacağını bildirmişdir.

Azərtac
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar