Obama  qadınlar və afroamerikalılar arasında daha məşhurdur
04 oktyabr 2012 07:11 (UTC +04:00)

Obama qadınlar və afroamerikalılar arasında daha məşhurdur

Rəyi soruşulan belə insanların 53 faizi respublikaçıya, 42 faizi isə indiki prezident Barak Obamya səs vermə niyyətində olduqlarını bildiriblər.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ağdərili həmvətənlərinin səsi də ona yetməyib. Çünki rəyi soruşulan afroamerikalıların 94 faizi Obamanı, yalnzı 2 faizi Romnini dəstəklədiklərini bildiriblər.

Sorğunu Piter Braun adın Universitet keçirib. 2008-ci ilin prezident seçkisində Barak Obamaya ağ dərililərin 43 faizi səs vermişdi.

Bütün sorğularda Obama 49 faiz, Romni isə 45 faiz səs qazanıb.
Kuinnipiak Universitetinin apardığı sorğuya əsasən, Obama qadınlar arasında da məşhurdur. Qadınlar arasında aparılmış sorğunun nəticələrinə görə, o,56 faiz səslə 38 faiz dəstək almış Romnini qabaqlayır.

Kişilərin isə 52 faizi Romnini, 42 faizi Obamanı dəstəkləyəcəklərini bildiriblər. Sorğu sentyabrın 25-30 tarixində min 912 nəfər arasında aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar