Çində dünyanın ən hündür binası tikiləcək
03 oktyabr 2012 06:20 (UTC +04:00)

Çində dünyanın ən hündür binası tikiləcək

“Tiankong Chengshı” (Səma Şəhəri) adı verilən 838 metr hündürlüyündə göydələnin 7 ayda inşa ediləcəyi açıqlanıb.

AzərTAc xəbər verir ki, ölkənin cənubundakı Hunan əyalətinin əsas şəhəri olan Çanqşada tikiləcək göydələnin 220 mərtəbəli olacağı bildirilib. Binanın 83 faizinin mənzil olaraq istifadəyə veriləcəyi göydələndə 31 min 400 adamın yaşaya biləcəyi qeyd edilib.

Ticarət mərkəzi, otel, xəstəxana və məktəbin də olacağı söylənilən “Səma şəhəri”nin tikintisində 200 min ton poladdan istifadə ediləcək və 104 lift ilə təmin olunacaq.
Ümumi dəyəri 4,2 milyard yuan (təxminən 666 milyon dollar) olacağı bildirilən göydələni “Broad Group” firması inşa edəcək.
Hazırda dünyanın ən yüksək binası Dubayda yerləşir. 828 metr hündürlüyə malik və 165 mərtəbədən ibarət olan “Burc Xəlifə” binasının 160 mərtəbəsi istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1613

Oxşar yazılar