Vardan Oskanyanın deputat toxunulmazlığı ləğv edildi
02 oktyabr 2012 17:30 (UTC +04:00)

Vardan Oskanyanın deputat toxunulmazlığı ləğv edildi

Bu gün Ermənistan Baş Prokurorluğunun müraciəti əsasında parlamentdə sabiq xarici işlər naziri, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Vardan Oskanyanın deputat toxunulmazlığından məhrum edilməsi barədə müraciətini müzakirəyə çıxarıb. Lent.az-ın “newsarmenia.ru” saytına istinadən verdiyi məlumata görə, Vardan Oskanyan deputat toxunulmazlığından məhrum edilib.

Oskanyan “Sivilitas” Fondunun rəhbəri kimi Fonda xeyriyyə məqsədi ilə verilən böyük məbləğdə pulu mənimsəməkdə ittiham edilir. Milli Məclisin bu gün keçirilən qapalı iclasında 71 deputat iştirak edib. Deputatlardan 64-ü sabiq xarici işlər nazirinin deputat toxunulmazlığının ləğv edilməsinin lehinə, 6-sı onun deputat toxunulmazlığının ləğv edilməsinin əleyhinə səs verib. 1 bülleten etibarsiz sayılıb. “Çiçəklənən Ermənistan”, Daşnaksütun, “İrs” partiyaları və Ermənistan Milli Konqresinin deputatları səsverməyə qatılmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429

Oxşar yazılar