Keçmiş deputat, qvardiyaçı Qaradağ kəndlilərini döydürüb
Lent.az-ın «Təbriz səsi»nə istinadən məlumatına görə, Qaradağ mahalının Abışəhməd kəndinin sakinləri bu günlərdə İranın silahlı qüvvələrinin təzyiqinə məruz qalıb.
Buna səbəb əvvəllər İran İslam İnqilabı Keşikçiləri Qvardiyasına xidmət etmiş, keçmiş deputat Fətihpurun həmin kənddəki torpaqlar yiyələnmək istəyi olub. Mənbənin bildirdiyinə görə, o, qvardiyanın qanunsuz olaraq, ələ keçirdiyi kəndə yeridilməsinə nail olub. Keçmiş qvardiyaçı və deputat Motalıq istisuyunda yeni bina tikib. Bu halda yerli əhali həmin sudan istifadə etmək üçün Fətihpurun şirkətinə pul ödəməlidir. Keçmiş deputatın bu əməlinə etiraz edən kənd əhalsi də qvardiyaçıların hücumuna məruz qalıb.
Qeyd edək ki, hakimiyyət nümayəndələrinin Güney Azərbaycan ərazisində torpaqları zorla ələ keçriməsi ilk hal deyil. Bir neçə il öncə keçmiş prezident Haşimi Rəfsəncaninin kənd təsərrüfatı şirkəti də Muğanda yerli sakinlərin torpaqlarını zorla ələ keçirmək istəyərkən qvardiyaçıların yardımından yararlanmışdı. Onda bir nəfər yerli sakin İran hərbçilərinin açdığı atəşdən həlak olmuşdu.
Sədrəddin Soltan

Oxşar yazılar

Donuz ciyərini insana köçürdülər - SENSASİYA
26 avqust 2025 , 20:00
Dünyanı təhdid edən beş yeni müharibə OCAĞI
26 avqust 2025 , 18:18
Çin dünyada ən böyük günəş elektrik stansiyasını tikir
26 avqust 2025 , 07:30
İngiltərədə helikopter qəzaya uğradı, ölənlər var
26 avqust 2025 , 05:17
Bloqer Arsen Markaryan Rusiyada həbs edildi
26 avqust 2025 , 02:25
Qəzzada döyüşlər yaxın 2-3 həftə ərzində bitə bilər
25 avqust 2025 , 23:41
Britaniya əhalisi arasında piylənmə milyardlarla funta başa gəlir
25 avqust 2025 , 22:35