“...Onlar parlamentə düşməyəcək” - AÇIQLAMA
01 oktyabr 2012 17:21 (UTC +04:00)

“...Onlar parlamentə düşməyəcək” - AÇIQLAMA

“Bu seçki demokratik keçirilsə və başa çatsa, hakim partiya, ümumiyyətlə, parlamentə düşməyəcək”. Bu barədə bir qədər əvvəl jurnalistlərə açıqlamasında Gürcüstanda keçirilən parlament seçkilərində iştirak edən müxalif “Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvili bildirdi.

Lent.az-ın Tiflisdə olan müxbirinin verdiyi xəbərə görə, İvanişvili “Gürcü arzusu”nun parlamentdəki yerlərin üçdə ikisinə sahib çıxacağını da qeyd edib.

İvnaişvili onu da təəssüflə bildirib ki, hələ ki gələn xəbərlər Gürcüstanda seçkilərin Avropa səviyyəsində keçirilmədiyindən xəbər verir.

Səbuhi Məmmədli,
Tiflis
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar