Gürcüstanda ən böyük siyasi aktivlik Borçalıdadır
01 oktyabr 2012 16:55 (UTC +04:00)

Gürcüstanda ən böyük siyasi aktivlik Borçalıdadır

Gürcüstanda keçirilən parlament seçkilərində bu gün saat 13-ə olan məlumata görə, ən böyük aktivlik Kvemo-Kartlidə, Borçalıda müşahidə olunub. Lent.az-ın Gürcüstanda olan müxbirinin verdiyi xəbərə görə, bu barədə az əvvəl Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bütün ölkə ərazisində səsvermədə təxminən 27 faiz seçici iştirak etdiyi halda, Borçalıda bu rəqəm 30 faizi keçib.

Bölgədə hər hansı ciddi seçki pozuntusu da qeydə alınmayıb.

Səbuhi Məmmədli,
Tiflis
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar