Tiflisdə gərginlik: müxalifət “Azadlıq” meydanına çağırdı - FOTO
0
0
“Biz seçkinin ilkin nəticələri barədə xəbəri “Azadlıq” meydanında eşitmək istəyirik və bütün tərəfdarlarımızı ora çağırırıq”. Lent.az-ın Tiflisdə olan müxbiri Səbuhi Məmmədlinin verdiyi məlumata görə, bu barədə bir qədər əvvəl “Gürcü arzusu” blokunun mətbuat katibi Maya Pandyikidze jurnalistlərə açıqlamasında bildirib.
Pandyikidze onu da deyib ki, bu təşəbbüs “Gürcü arzusu” blokunun liderlərindən gəlib.
“Hamını axşam saat 20-də “Azadlıq” meydanına dəvət edirik. İstər ekzit-pollun, istərsə də ilkin rəsmi nəticələri bir yerdə liderlərimizin iştirakı ilə qeyd edəcəyik” - deyə o, bildirib.
Xatırladaq ki, bütün Gürcüstan ərazisində seçki saat 20 də başa çatacaq.