Saakaşvili səs verdi və danışdı - FOTO - HADİSƏ YERİNDƏN
01 oktyabr 2012 11:25 (UTC +04:00)

Saakaşvili səs verdi və danışdı - FOTO - HADİSƏ YERİNDƏN

Bir qədər əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvili xanımı Sandra Rulofs və kiçik oğlu Nikolasla birgə Mtasminda dairəsinin 19-cu seçki məntəqəsində səsvermə məntəqəsinə gəlib. Prezident səs verəndən sonra qısa müddətdə jurnalistlərin suallarını cavablandırıb. Bu barədə Lent.az-ın Tiflisə ezam olunmuş müxbiri Səbuhi Məmmədli xəbər verir.

Saakaşvili 1 oktyabr seçkilərini “tarixi və həlledici seçki” kimi xarakterizə edib: “Mən xalqımın müdrikliyinə inanıram. İnanıram ki, öz gələcəyini düzgün müəyyən edə biləcək. Çünki gürcü xalqı, Gürcüstanda yaşayan digər xalqlar tarixin bütün çətin anlarında düzgün seçim edə biliblər” - deyə o, bildrib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761

Oxşar yazılar