Əfsanəvi qanqsterlərin silahı 500 min dollara satıldı - FOTO
01 oktyabr 2012 10:51 (UTC +04:00)

Əfsanəvi qanqsterlərin silahı 500 min dollara satıldı - FOTO

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, alqı-satqı “RR Auction” evi tərəfindən təşkil edilib.

Bonni Parkerə məxsus 9,6 millimetrlik qısalüləli revolver 264 minə, Klayd Berroruya məxsus 11,4 millimetrlik Kolt markalı silah isə 240 min dollara satılıb. Bonni və Klayd 1934-cü ildə öldürüldükləri zamanı polis əməkdaşları ilə məhz həmin silahla atışıblar.

Hər iki silahı adının çəkilməsini istəməyən alıcı alıb.

Bundan əlavə, auksionda Klayd Berrounun qol saatı 36 min dollara, ölümündən sonra onun cibindən tapılan və 1921-ci ildə həkk edilən gümüş dollar isə 32 min dollara satılıb.

Bonni və Klayddan əlavə, auksiona digər məşhur qanqsterlərin, o cümlədən Al Kapone və Con Cillencerin əşyaları çıxarılıb.

Bonni Parker və Klayd Berrou ABŞ-da Böyük Depressiya illərində banklara, mağazalara və benzindoldurma stansiyalarına hücum edən bandanın rəhbəri olublar. Polis uzun illər onları tuta bilməyib. Amma 1934-cü ildə satqınlıq nəticəsində Federal Təhqiqat Bürosu əməkdaşları onların gizləndiyi mənzili tapıb. Atışma zamanı qanqsterlər öldürülüb. Bonnin öldürülən zaman 23, Klaydın isə 25 yaşı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar