“Azad Gürcüstan” deputatlığa namizədlərini 40 nəfər azaltdı
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə partiyanın baş katibi Aleksandr Şalamberidze açıqlamasında bildirib.
“Sentyabrın 28-də 40 seçki dairəsində “Azad Gürcüstan” Partiyası tərəfindən irəli sürülən 40 majoritar deputatlığa namizəd öz namizədliklərini geri götürüb. Biz ona görə belə etdik ki, daha güclü olaq və qələbəyə daha çox inamımız olsun. İstəyirik ki, bir majoritar deputatımız olsun, onu da hamımız dəstəkləyək. Dünən Tiflis şəhəri yaxınlığında yerləşən Poniçala kəndində yaşayan azərbaycanlılarla deputatlığa namizəd Şota Xabarelinin görüşünü təşkil etdik. Xalq bizi çox mehriban qarşıladı və sakinlər bizi yaxşı başa düşdü. Düşünürəm ki, bu kənddə yaşayan əhali bizim namizədimizi dəstəkləyəcək. Onlar gürcü dilində yaxşı danışırlar. Bu kəndin 350 nəfər sakini həbsxanada yatır. Biz hakimiyyətə gələriksə, onları azad edəcəyik” - deyə, Şalamberidze bəyan edib.

503