Respublikaçıların ən iri sponsoru dələduz çıxdı
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, Respublikaçılar Partiyasının ən nəhəng sponsoru Ceyms Ketlec dələduzluqda ittiham olunur.
O, kanadalı iş adamı Derek Elliottla birlikdə Domnikan Respublikasında mövcud olmayan kurortun tikintisi üçün sərmayəçilərdən 91,3 milyon dollar alıblar.
Araşdırma 2,5 il öncə başlayıb. Onların hər birini 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.230 nəfər aldadılmış sərmayədar Mayami federal məhkəməsi qarşısında iddia qaldırıblar. Onların hamısı «EMI Sun Village Resort and Spa» adlı heç vaxt açılmayan otelin tikintisinə sərmayə qoyublar.
2004-2009-cu illərdə onlar 1,2 min müştərini aldadıblar.
Jurnalitslərin araşdırmasından bəlli olub ki, 2008-ci ildə Ketlec Respublikaçıların hesabına böyük məbləğdə pul keçirib. 2008-ci ildə Con Makkeynin prezident seçkisi kampaniyasına o, 100 min dollar köçürüb. Ketlec prezidentliyə hazırkı iddiaçılardan biri, respublikaçı Mitta Romninin də təbliğat kampaniyasına pulla yardımı edib.
2008-ci ilin mayında Romninin şəhərkənarı evində o vaxtkı prezident kiçik Corc Buşla şam yeməyinə o, 70 min dollar xərcəlyib. 2010-cu ildə isə Kaliforniyada keçirilən qubernatorluğa namizəd Marqaret Uitmenin seçki kampaniyasına 30 min dollar pulla dəstək verib.

2277