Zəvvar qadınlar diplomatik qalmaqal yaradıb
29 sentyabr 2012 01:15 (UTC +04:00)

Zəvvar qadınlar diplomatik qalmaqal yaradıb

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, krallığın uyğun qurumu Nigeriyanın Səudiyyədədəki səfirinə Giddi şəhərindəki hava limanında saxlanılmış vətəndaşları ilə görüşə icazə verməyib.

Mənbənin məlumatına əsasən, mindən çox nigeriyalı zəvvar qadın Səudiyyə Ərəbistanına kişisiz gəldikləri üçün saxlanılıb. Krallıq qanunlarına görə, xarici qadın turistlərin bu ölkəyə kişilərsiz girişi yasaqdır.

Rəsmi Ər-Riyad nigeriyalı səfirə vətəndaşları görüşə icazə verməmələrinin səbəbini açıqlmayıb. Bu isə iki ölkə arasında diplomatik qalmaqalla nəticələnə bilər.

Səfir ölkəsinə bu haqda məlumat verdiyini, Nigeriyadan yüksək vəzifəli nümayəndə heyətinin səudiyyə kralı Abdulla ilə görüşəcəyinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004

Oxşar yazılar