ABŞ-da seçkiqabağı vəziyyətə ötəri baxış
28 sentyabr 2012 01:37 (UTC +04:00)

ABŞ-da seçkiqabağı vəziyyətə ötəri baxış

Seçkilərdə həlledici rola malik Ohayo ştatında kampaniya apardıqdan bir gün sonra ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi Mitt Romni eyni dərəcədə əhəmiyyət kəsb edən Virciniya ştatına yollanıblar.

Açıqlanmış yeni rəy sorğuları göstərir ki, ötən günlərdə Demokrat prezident noyabrın 6-sı seçkilərində əsas rol oynayacaq ştatlarda rəqibi üzərində böyük üstünlük əldə edib.

Ohayoda kampaniya nümayişinə qatılan respublikaçı namizəd Romni Çinin ticarət praktikasına prezidentin müqavimət göstərmədiyini və bunun ABŞ-da çox sayda işlərin itirilməsi ilə nəticələndiyini deyib.

Lent.az-ın «Amerikanın səsi»-nə istinadən məlumatına görə, Barak Obama isə təqaüdə çıxmış multimilyoner Mitt Romnini Çinə investisiya qoymaqda günahlandırıb.

ABŞ-dakı bu siyasi kampanpiya ilə bağlı başqa bir xəbərdə bildirilib ki, ölkənnin Ayova ştatında vaxtındanqabaq seçkilərə başlanılıb. Bu bölgənin seçiciləri yoxlama ofislər və ya özəl seçki məntəqələrində səs verə bilərlər.

Bu ştatda səvermələrin indidən başlamasına səbəb kimi oranın «tərəddüdlü» olduğu götstərilir.Ölkədə Ohayo,Konnektikut, İndiana və Florida ştatları da «tərəddüdlülərdən» sayılır.

Ölkənin 50 ştatından 34-də vaxtından qabaq səsvermə keçirilə bilər. Ölkənin 28 belə bölgəsində poçtla səsverməyə icazə verilib.

Ötən il ərəb dövlətlərində başlamış «dəyişikliklər» ABŞ-ın ərəb-amerikalı ərəblərin namizədlərdən hansına səs verəcəkləri baxımından az maraq kəsb etmir.

ABŞ seçkilərində ərəb-amerikalılar seçicilərin 0,5 faizini təşkil etsə də, Miçiqan ştatında yaşayan ərəblər seçkilərin nəticələrinə böyük təsir edə bilər.

İmam Həsən Qəzvini vətəni İraqda hökumətin dinc təhvili prosesinin şahidi ola bilməyib. O, belə bir təcrübəni Amerikada yaşayıb: “Bura gəlib hakimiyyətin prezidentdən prezidentə keçdiyini gördükdə, bu, mənə təəccüblü və ümidverici gəlmişdi.”

Bu ümid bir çoxlarını müharibədən sarsılmış və qeyri-sabit ölkələrdən ABŞ-a üz tumağa vadar edib. İmam Qəzvini hazırda Miçiqan ştatında İslam Mərkəzinə rəhbərlik edir. Bu ştatda müsəlmanların sayı artmaqdadır. Bu artım seçkilərə də öz töhfəsini verir. “Məncə qarşıdan gələn seçkilərdə ərəb və müsəlman amerikalılar daha fəal iştirak edəcək.”

Fəallığa Raşid Elabed kimi insanların yardımı yol açır. Ərəb icmasının İqtisadi və Sosial Xidmətlər Təşkilatının rəhbəri Raşid yeni vətəndaşları seçki qeydiyyatından keçirir. O, yeni mühacirlərə seçki prosesini başa salmağın asan olmadığını etiraf edir. “Onlar ifadə, səsvermə hüququna malik olduqlarını başa düşə bilmir. Onlar bu cəmiyyətdə təzə olduqları üçün qorxu hissi keçirir. Nə edəcəkləri, haradan məlumat alacaqlarını bilmirlər.”

Məlumatı ərəbdilli xəbər agentliyindən almaq mümkündür. Publisist Üsamə Siblani deyib:“Biz diktatorların idarə etdiyi ölkələrdən gəlmişik. Burada insanların demokratiya ideyasına alışmaq üçün vaxta ehtiyacı var.”

İmam Qəzvini Prezident Obamanın seçkilərdə dəstəkləndiyini deyir. “Ərəb-amerikalıların seçimi Obamadır. Onlar prezidenti məqsədəuyğun namizəd hesab edir.”

Obama işsizliyin yüksək olduğu bir vaxt Amerika prezidentidir. Miçiqan ştatında bu göstərici daha yüksəkdir. “Ərəb-amerikalılar da daxil edilməklə, seçicilər üçün iş məsələsi əsas faktor olduğuna görə səsvermə zamanı da buna üstünlük veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar