İspaniya hökuməti 50 milyardlıq qənaətə hazırlaşır
27 sentyabr 2012 00:54 (UTC +04:00)

İspaniya hökuməti 50 milyardlıq qənaətə hazırlaşır

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkənin nazirlər kabineti yeni büdcə planı təqdim edib. Həmin planda 50 milyard dollarlıq xərcə qənaət olunub.

Hakimiyyət büdcəni kəssə də təqaüdləri artırmağı nəzərdə tutub.
Baş nazirin birinci müavini Sürəyya (Sorayya) Saens de-Santamariya bildirib ki, maliyyə axınını izləmək üçün yeni qurum yaradılıb. Bundan başqa nazirlər kabineti iş yerlərinin açılması, rəqabətə davamlılığı artırmaq üçün yeni 43 qanun təqdim edib.

Mənbənin bildirdiyinə əsasən, yeni büdcə cari ilin sonunadək Avropa Birliyindən yeni maliyyə yardımı almasına imkan yaradacaq.

Xatırladaq ki, minlərlə ispaniyalı sərt iqtisadiyyatın büdcə tədbirlərinə qarşı kütləvi etiraz aksiyası keçirib.

Baş nazir Mariano Raxoy isə cəmiyyətin bütün təbəqələrini «qurban» verməyə hazır olmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar