İranda hicaba qarşı çıxan jurnalisti həbsxanaya saldılar
27 sentyabr 2012 06:38 (UTC +04:00)

İranda hicaba qarşı çıxan jurnalisti həbsxanaya saldılar

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ə. Cavanfikir Tehran Məhkəməsinin barəsində çıxardığı 6 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya salınıb. Onu M.Əhmədinejad BMT-də çıxış edən zaman zindana aparıblar.

Xatırladaq ki, Cavanfikri 2011-ci ilin aprelində ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyi ilə Əhmədinejad arasında yaranmış qarşıdurma zamanı “Xatun” dərgisində «İranın şəriət qaydalarına zidd materiallar dərc etməkdə» ittiham olunaraq, nəzarət altına alınmış, jurnalist fəaliyyətinə də üç il qadağa qoyulmuşdu. Həmin məqalədə o, hicaba qarşı çıxmışdı. Cavanfikir həm də «ayətullahları təhqir etməkdə» ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887

Oxşar yazılar