Obama dünyanın 30 ölkəsində Romnidən çox «səs» toplayıb
27 sentyabr 2012 04:34 (UTC +04:00)

Obama dünyanın 30 ölkəsində Romnidən çox «səs» toplayıb

Lent.az-ın «lenta.ru»-ya istinadən məлumatına görə, o,dünyanın 30 ölkəsində respublikaçı namizəddən daha çox tanınır.Aparılan araşdırmaya əsasən, «əgər başqa dövlətlərin vətəndaşlarına ABŞ-dakı seçkidə iştirak etməyə icazə versə idilər kimə səs verərdilər» sualına rəyi soruşulanların 81 faizi Obamanın, 19 faizi isə onun rəqibinin adını çəkib.
Rusiyada 83 faiz Barak Obamanın, 17 faizi isə rəqibinin adını qeyd edib.
ABŞ-ın indiki prezidenti ən çox «səsi» İslandiya, Hollandiya, Portuqaliya, Almaniya, İrlandiya və Danimarka qazanıb – 95 faiz.Romniyə isə daha çox 65 faizlə İsrail, 41 faizlə Pakistan vədəndaşları etibar edib. Gürcüstanda isə respbulikaçı 36 faiz «səs» toplayıb.
Dünyada rəyi rəyi soruşulanların 43 faizi ABŞ-da keçirilən seçkidə səs vermək istədyini bildirib. Çin və Hindistanda isə respondentlərin 60 faizindən çoxu Amerikadakı bu siyasi kampaniyada iştirak etmək arzusunu qeyd edib.
Xatıladaq ki,ABŞ-da prezident seçkisi bu il noyabrın 6-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar