Ter- Petrosyan Ermənistanın məhv olacağından rahatsızdır
26 sentyabr 2012 02:34 (UTC +04:00)

Ter- Petrosyan Ermənistanın məhv olacağından rahatsızdır

Bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Ermənistan tamamilə məhv olmaması üçün Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı aradan qaldırmalıdır. İndiki prezident Serj Sarkisyanı tənqid edən eks prezident bu problemlərin həlli üçün siyasi iradənin lazım olduğunu söyləyib.
Levon Ter-Petrosyan hələ ikinci müddətə prezident seçildiyi dövrdə reallıqları görərək Ermənistanın uduzacağını, Azərbaycanın isə qalib gələcəyini demişdi. O, bildirmişdi ki, münaqişənin “Nə sülh, nə hərb” vəziyyətində qalması Ermənistanın xeyrinə deyil. Zaman Azərbaycanın xeyrinə işləyir, deyən Petrosyan Ermənistanın ağır iqtisadi vəziyyətə düşəcəyini də proqnozlaşdırmışdı. Bu açıqlamasından sonra isə Ermənistan parlamentində terror aksiyası baş vermişdi və Levon Ter-Petrosyanın tərəfdarları olan parlamentin sədri, baş nazir, 6 deputat qətlə yetirilmiş, prezident özü isə istefa vermək məcburiyyətində qalmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1940

Oxşar yazılar