Dünya bu gün
26 sentyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1815. Avstriya, Rusiya və Prussiya Parisdə “Müqəddəs İttifaq” yaradıb

1887. Tomas Edison ilk fonoqrafı patentləşdirib

1907. Yeni Zelandiya İngiltərənin dominantlığına keçib

1960. Kuba rəhbəri Fidel Kastro BMT sessiyaları tarixində ən uzun nitqi söyləyib. Kommunist liderin çıxışı 4 saat 29 dəqiqə davam edib

1961. Azərbaycan müğənnisi Bülbül (əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov) vəfat edib

1962. Yəmən Ərəb Respublikası elan edilib

1979. Azərbaycan bəstəkarlarının V qurultayı keçirilib

1984. Honq Konq Çinin nəzarəti altına keçib

1990. SSRİ-də “Vicdan azadlığı haqqında” Qanun qəbul olunub

1992. Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri Soçidə “Silahlı qüvvələri geri çəkmək haqqında” Protokol imzalayırlar

1995. Ukrayna Avropa Şurasına üzv olub

2006. Nyu-Yorkda GUAM xarici işlər nazirləri şurasının iclası keçirilib

2007. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı gömrük xidməti rəhbərləri Şurasının 6-cı iclası keçirilib

2007. Bakıda “Materialşünaslıq və informasiya elmləri yüksək texnologiyalarda” mövzusunda birinci beynəlxalq konfrans keçirilib

2008. Azərbaycan qadınlarının III qurultayı keçirilib

2008. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) Nyu Yorkda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb

2009. Dilçi alim Afat Qurbanov vəfat edib

2009. Elmar Məmmədyarov Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klinton və Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Günün aforizmi

“Аdın şərəflidir sənin, еy qаdın,
Dаhilər аnаsı çаğrılır аdın”.

Səməd Vurğun
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar