Diktatorun arvadının ayaqqabıları çürüdü...
Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, 1986-cı ildə Filippində baş verən üsyanlardan sonra həyat yoldaşı ilə ölkəni tərk edən Melda Markosun 1200 cüt ayaqqabıdan ibarət kolleksiyası qalıb. Melda Markosun 150 qutuya yığılmış ayaqqabıları, geyim və aksessuarları iki il əvvəl Filippin Milli Muzeyinə gətirilib. Lakin Filippində yaşanan sel fəlakətindən muzey də ziyan çəkib. Məlum olub ki, Melda Markosun ayaqqabı kolleksiyası da çürüyüb. Melda Markosun geyim və çantalarına da böyük zərər dəyib.
1472