Rusiyalı nazir: “YouTube-a giriş qadağan oluna bilər”
Rusiyada YouTube saytına giriş qadağan oluna bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiya naziri Nikolay Nikiforov öz “Twitter” səhifəsində yazıb.
O, YouTube saytına girişin “Müsəlmanların məsumiyyəti” adlı qalmaqallı filmə görə qadağan oluna biləcəyini söyləyib: “Bu filmə görə, 3-5 noyabrda Rusiya ərazisində Google-a məxsus YouTube saytına giriş tamamamilə dayandırıla bilər”.
Nazir qeyd edib ki, noyabrın 1-dən “Uşaqların inkişafına və sağlamlığına pis təsir edəcək informasiyadan qorunmaq haqqında” qanun qüvvəyə minəcək: : “Əgər bu qalmaqallı film YouTube tərəfindən ekstremist film kimi tanınmayacaqsa, onda bu sayt da Rusiyada qara siyahıya düşəcək”.
Qeyd edək ki, dünən Rusiya Federasiyası Baş Prokurorluğu ABŞ-da çəkilən “Müsəlmanların məsumiyyəti” filmini ekstremist məzmunlu film kimi tanıyıb. Bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Marina Qridnyova məlumat verib. O bildirib ki, prokurorluq filmin Rusiya ərazisində nümayişinə qadağa qoyulması üçün məhkəməyə müvafiq məktub göndərib: “Məhkəmənin qərarınadək Baş Prokurorluq rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar üzrə Federal Xidmətə filmlə bağlı informasiyaların KİV-də yayılmasını əngəlləmək üçün tədbir görməyi tapşırıb”.

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28