Moskvada MDB-nin ən böyük məscidi tikiləcək
04 sentyabr 2012 15:27 (UTC +04:00)

Moskvada MDB-nin ən böyük məscidi tikiləcək

Lent.az-ın Moskva Şəhər Ali Müsəlman Ruhani İdarəsinə istinadən verdiyi məlumata görə, məscidin inşası ilə bağlı torpaq ayrılması üçün artıq meriyaya rəsmi müraciət edilib.
İlkin məlumata görə, Moskva meriyası şəhərin ucqarında da olsa məscidin tikintisi üçün torpaq sahəsi ayrılması üçün razılıq verib.
Yeni inşa olunacaq məscid isə ərazisinə görə, MDB məkanında ən böyüyü olacaq. Məsciddə eyni zamanda, əsasən də cümə namazı vaxtı 60 min mömin ibadət edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025

Oxşar yazılar