Moskvada Napoleonun uçura bilmədiyi evi... uçurdular
Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, 18-ci əsri axırı, 19-cu əsrin əvvəllərində çar ordusunun poruçiki Milqunova məxsus olan evin yerində “SKT PRAM” şirkəti ticarət mərkəzi tikmək istəyir. Tarixi evin uçurdulması haqda sərəncamı isə keçmiş Moskva meri Yuri Lujkov veribmiş.
Artıq şəhər ictimaiyyət evin uçurdulması ilə bağlı aksiyaya başlamaq qərarına gəlib. “Arxnadzor” təşkilatının sədri Konstantin Mixaylov qəzəblə bildirib ki, “Napoleonun hücumuna, yanğınına davam gətirdi, uçmadı, bu vandallar indi onu yerlə bir etdilər”.
“Arxnadzor” adıgedən şirkəti məhkəməyə verməyə də hazırlaşır.

804