Üz dərisini məhv edən QİDALAR  – SİYAHI 
17 may 2021 09:47 (UTC +04:00)

Üz dərisini məhv edən QİDALARSİYAHI 

Üz dərisinin qüsurlu görünməsinin əsas səbəblərindən biri də qeyri-sağlam qidalanmadır. Düzgün seçilməyən qidalar nəticəsində üzdə vaxtından öncə qırış, sızanaq, dəri sallanması ilə qarşılaşmaq mümkündür. 

Lent.az üz dərisi üçün təhlükəli olan  qidaları təqdim edir:

Plastik qabda su

Plastik qablarda olan suyun tərkibində BPA maddəsi var. Bu maddə nəticəsində insan bədənində hormonal dəri problemi yaradan sintetik estrogen aşkarlanıb.  

Qəhvə

Qəhvə çox qəbul edilməsi, nəinki üz dərisi, eləcə də insan orqanizmi üçün təhlükəlidir.  Belə ki, bədənin nəmləndirmə sistemini pozan qəhvə üzün incə n kobud görünməsinə səbəb olur. 

Spirtli içki 

Spirtli içki gözəl görünüşlü dərinin məhv edən birinci amildir. Bu içki sayəsində üz dərisində erkən qırışlar yaranır. 

Düyü 

Düyünün tərkibində qlisemik indeks və şəkərin miqdarı çox yüksəkdir. Tərkibindəki yüksək şəkər dəridə güclü iltihablanmaya səbəb olur.

Duz

Duz təkcə üz dərisini deyil, həm də orqanizmi məhv edən əsas konservantlardan biridir. Dərinizin quru və yaşlı görünməsini istəmirsinizsə, duzdan imtina edin. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3741
avatar

Nigar Adil

Oxşar yazılar