Şahzadənin məşhur çantaları yenidən DƏBDƏ  - FOTOLAR
13 iyul 2021 03:55 (UTC +04:00)

Şahzadənin məşhur çantaları yenidən DƏBDƏ - FOTOLAR

Şahzadə Diananın ölümündən illər keçsə də, minlərlə qadın və dizayner hələ də onun stillərindən ilham almağa davam edir. Onun tərzini bu qədər ölümsüzləşdirən əsas detallar hər bir obrazı ideal şəkildə tamamlayan aksesuar seçimi idi. Fərqli günəş eynəkləri, şıq çantalar Ledi Diananın dəb kodları idi. İdman etməyi sevən Diana rahat dəstlərini adətən bambuk saplı "Gucci" çantası ilə tamamlayardı. Stilistlərin sözlərinə görə, Diana bu çantasını əlindən buraxmazdı.

Lent.az "publika.az"a istinadən xəbər verir ki, "Gucci"nin kreativ direktoru Alessandro Mişel 20 ildən sonra bu modeli yenidən gündəmə gətirməyə qərar verib. Belə ki, marka yeni buraxdığı çanta modelinə stil ikonasının adını verib. Üç fərqli ölçüdə təqdim olunan "Diana Bag" çantaları artıq El Faninq, Siena Miller kimi modapərəstlərin qarderobuna yol tapıb.

Məlumat üçün bildirək ki, bu, Diananın adına buraxılmış ilk çanta deyil, "Christian Dior"un "Lady Dior" çantaları da şahzadəyə həsr olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4737
avatar

Oxşar yazılar