Cins şalvarlar hər zaman əsas qarderob elementi olub, lakin bu baharda yeni bir dəbli fason ön plana çıxıb – aşağısı qatlanmış (podvorotlu) cinslər.
Lent.az 2025-ci ilin ən dəbli cins şalvarlarını təqdim edir:
Niyə podvorotlu cinslər 2025-in hiti oldu?
90-cı və 2000-ci illərin stilinə dönüş - bu illərdə belə detallar çox dəbdə idi. Baldırların açıq qalması sayəsində görünüşə yüngüllük və dinamiklik qatır. Həm iri, həm də incə paltarla mükəmməl uyğunlaşır - çox yönlüdür.
Podvorotlu cinsləri hansı ayaqqabılarla geyinmək olar?
Açıq sandalet və ya basanoşkalarla göy tonlarında enli cinslər, ağ mayka, kroptop və ya köynəklə birləşdirin. İncə qayışlı basanoşkalar baldırları vurğulayacaq və görünüşü daha zərif edəcək.
Baletkalarla
"Paris şarmı" yaratmaq üçün ideal. Mavi düz kəsimli cinslər, qara ətəklənmiş pencək və baletkalarla kombin edin. Bordo rəngli çanta ilə vurğu verin.
İdman ayaqqabıları ilə baharın sərin günləri üçün idealdır. Trendi izləyən kantir stilli jaket və kontrast yaxalıqlı köynəklə kombin edin. Slingback (ayağı açıq) ayaqqabılarla zərif casual üslub yaratmaq üçün şifon köynək, pencək və zəncirlə asılmış çanta ilə birləşdirin.
İynəburun (klassik) ayaqqabılarla denim total look üçün oversize denim köynək və geniş cinslər geyinin. Parlaq rəngli ayaqqabılar və zamşa çanta ilə obrazı canlandırın.
Loferlərlə
Qara lofer və ağ corab kombinasiyası klassikdir. Sərin bahar günləri üçün incə sviter və ya köynəklə birləşdirin, üstəlik dəbli çanta ilə tamamlayın.