"Vogue" jurnalının redaktorları 1970-ci illərdə məşhur olan və bu yaz yenidən podiumlara qayıdan şalvar modellərinin siyahısını təqdim ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mövsümün favoritləri arasında sakit və neytral tonlarda, axıcı parçalardan tikilmiş kloş (aşağıdan genişlənən) şalvarlar yer alır. Məhz bu cür modelləri məşhur Ralph Lauren və Celine brendlərinin kolleksiyalarında görmək mümkündür.

Bununla yanaşı, boho-şık üslubunda cins şalvarlar da yenidən böyük populyarlıq qazanıb. Bu üslub “Sevgi yayı” (hippi mədəniyyətinin çiçəkləndiyi dövr) ilə sıx bağlıdır. Vaxtilə bu tip modelləri əfsanəvi Elvis Preslinin həyat yoldaşı Priscilla Presley də geyinirdi. "Vogue"un trend siyahısına həmçinin yüksək bel klassik şalvarlar və şaquli zolaqlı, aşağıdan genişlənən modellər də daxildir.

