ABŞ sakini nişanlısı ona xəyanət etdikdən üç gün sonra milyonçu olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, lotereya uduşu sayəsində Sevgililər günü unudulmaz anlara çevrilən İllinoys sakinin hekayəsi Hollivud filminə bənzəyir.
Sevgilisindən ayrıldıqdan sonra adı gizli sağlanılan oğlanın üzüntüləri milyon dollarlıq cekpotu qazandığını biləndə sevinclə əvəz olunub.
O, geri qayıtmaq istəyən sevgilisini qəbul etməyib.