Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqez toy hazırlığı görürlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, mərasim artıq gələn həftə baş tuta bilər.
Məlumata görə, dəvət olunan qonaqlar arasında UFC-nin keçmiş çempionları Həbib Nurməhəmmədov və Konor Makqreqor da var.
Bundan başqa, qonaqlar siyahısında Rio Ferdinand, Kilian Mbappe, Vin Dizel və Ester Eksposito kimi tanınmış idmançı, eləcə də aktyorların adlarının yer aldığı bildirilir.