Evlilik təklifindən sonra turistlər qarət olundu
19 iyul 2025 16:47 (UTC +04:00)

Evlilik təklifindən sonra turistlər qarət olundu

Sankt-Peterburqdan gedən rusioyalı turistlər romantik evlilik təklifindən dərhal sonra İtaliyada qarət olunublar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Yana və Artem İtaliyanı gəziblər. Səfər zamanı Artem sevgilisinə evlilik təklifi edib. Pizada dayanaraq əşyalarını şəhərin mərkəzində icarəyə götürdükləri maşında qoyub gediblər.

Şam yeməyindən sonra cütlük maşının şüşəsinin sındırıldığını və bütün əşyalarının oğurlandığını aşkar edib: dörd çamadan, noutbuk, qulaqcıq, fotoaparat və digər bahalı avadanlıqlar.

Turistlərin sözlərinə görə, polisə müraciət etdikdə məlum olub ki, hadisə baş verən gecə polis işləmir, ertəsi gün isə bazar günüdür, xidmət də köməklik göstərmir. Nəticədə ruslar evlərinə yalnız pasport, telefon və nişan üzüyü ilə qayıdıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar