“Onun üzündə şeytan təbəssümü var” - Böyük Manipulyator
18 dekabr 2024 15:00 (UTC +04:00)

“Onun üzündə şeytan təbəssümü var” - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

3-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

Bu araşdırmalarımızın ən böyük sürprizlərindən biri odur ki, Makron kampaniya dövründə, hər şeydən əvvəl, 1990-cı illərin ortalarında prezident Mitteranla (solçu) Baş nazir Balladürun (sağçı) birgə hakimiyyətində iştirak edən siyasətçilərə arxalanırdı. Dövləti həmişə idarə edən Sosialist və Respublika partiyalarını, eləcə də onların üzdə olan rəhbərlərini uzaqlaşdırmaq üçün Makron keçmiş nəslin nümayəndələrindən ustalıqla istifadə etdi, daha doğrusu, Fransua Mitteranın hakimiyyətinin sonunu görən nəsildən. Eyni zamanda, bu adam, Mitteranın və Balladürun şəbəkələri arasındakı iri beynəlxalq müqavilələri də öz əlinə alıb, İqtisadiyyat Nazirliyinin kölgəsində öz bildiyi kimi “fırlatdı”. Gələcək prezident, seçki kampaniyasında Sarkozistlərdən və ya Hollandçılardan kömək alsa da, V Respublikanın sirlərini yaxşı bilən köhnə şəbəkələrdən də məharətlə istifadə etdi. Belə bir şəraitdə heç də təəccüblü deyil ki, Aleksandr Benalla kimi və ya Mitteranın hakimiyyətinin ilk illərində onun siyasi rəqiblərinin telefon danışıqlarına qulaq asmaqda günahlandırılan və cəzalandırılan Yelisey sarayının jandarm qrupunun keçmiş rəisi Kristian Pruto kimi şübhəli adamlar onun ətrafında peyda oldular. Onların ikisi də Yeliseydə prezidentin təhlükəsizliyini yenidən təşkil etmək üçün icraçı rəhbər seçildilər.

ŞEYTANIN TƏBƏSSÜMÜ

Rotşild bankında işləyəndə, Emmanuel Makron Əlcəzair Mərkəzi Bankının keçmiş direktoru Abderrahman Hacı-Nacerlə tanış olmuşdu. Keçmiş bank direktoru bu cavan oğlanı ilk dəfə ortaq bir dostu ilə nahar zamanı görmüşdü. Yeməkdən sonra Əlcəzairli iqtisadçı Fransanın gələcək prezidenti haqqında belə bir ifadə işlətmişdi. “Onun üzündə şeytan təbəssümü var!”.

Bu təbəssümün arxasında ideal kürəkən obrazı bağışlayan Emmanuel Makron onun düşmənlərinin o qədər də fərqinə varmadığı bir sərtlik və zalımlıq gizlədir. 2017-ci ilin mart ayında, prezident seçkiləri kampaniyasının qızğın çağında Manuel Vallsın ona qarşı ikiüzlülük etdiyini başa düşən gələcək prezident, yaxın dostlarından birinə demişdi: “Hiss olunur ki, o, məni başa düşmür. Eybi yox, indi biz ona, real döyüş sursatı ilə hücum edərik”.

Fransua Hollandın “mülayim və ürəyiyumşaq Emmanuel” adlandırdığı bu adam – düzdür, bəzən tabeliyində olan qeyri-rəsmi məsləhətçilərindən hansınasa bir qutu şokolad hədiyyə edə bilər – əslində, kinli, başqalarına yuxarıdan aşağı baxan, həyasız, verdiyi salamı da məqsədlə verən bir adamdır. Makron prezident seçiləndən sonra onun əsl təbiəti haqqında danışanların sayı az da olsa, artıb. Düzdür, onlar prezidentin necə xarakterli bir adam olduğunu nə kamera qarşısında, nə də mikrofon önündə açıqlamırlar. Ancaq öz çevrələrində, yaxın dostlarının yanında etiraf edirlər ki: “Makron özünü insanlara şirin satır, onlardan istifadə edir, sonra da əlini sildiyi kağız dəsmal kimi onları kənara atır”. “Makron ona kölgə salan adamları – istər, dostu olsun, istərsə də, düşməni – tapdalayıb əzir”, – deyə onun keçmiş həmkarlarından biri etiraf edir. “Makron kimisə irəli çəkməkdə, kimisə səhnəyə çıxarmaqda əla mütəxəssisdir. Lakin sonra irəli çəkdiyi, səhnəyə çıxartdığı adamın başına bir güllə vurub onu məhv edir”, – deyə onun başqa bir keçmiş həmkarı təşviş içərisində pıçıldayır.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602
avatar

Oxşar yazılar

“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” - Böyük Manipulyator

“Prezidenti qorumaq üçün çox vaxt yalan danışıram” - Böyük Manipulyator

16 dekabr 2024 , 11:13
“Prezidentin ətrafı həmişə zəhərli olur” - Böyük Manipulyator

“Prezidentin ətrafı həmişə zəhərli olur” - Böyük Manipulyator

13 dekabr 2024 , 10:40