Lezbiyan, gey, biseksual və translar Makronun ətrafına niyə yığışdı? - Böyük Manipulyator
04 iyul 2025 13:00 (UTC +04:00)

Lezbiyan, gey, biseksual və translar Makronun ətrafına niyə yığışdı? - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

38-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

(Kitabın FOTOSU)

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

PARİSİN KÖHNƏ MERİ İLƏ TƏZƏ MERİ ARASINDA MÜHARİBƏ

Brijit Makronun sağçılar partiyasından olan və heç vaxt homoseksual olduqlarını gizlətməyən “dostları” Mark-Oliviye Fojiel, Filip Besson və hətta Paskal Huzelot mediada açıq şəkildə onun ərini dəstəkləməyə başlayırlar. Bu adamlar 2012-ci ildə Sarkoziyə yox, Fransua Hollanda səs vermişdilər, çünki Sarkozi 2007-ci ildə prezidentliyə namizəd olanda, homoseksuallara vəd etdiyi “nikahsız ailə” ideyasını prezident olandan sonra həyata keçirməmişdi...

Mark-Oliviye Fojiel ilə Filip Besson Parisin keçmiş meri, homoseksual Bertran Delanoyenin çevrəsindəndirlər. Bu sonuncu, Parisin yeni meri Anna Hidalqonun müavini Brüno Jüyyard ilə də yaxın dostdur. Keçən sentyabrda merin bu müavini Anna Hidalqonun bacarıqsızlığına və işinin öhdəsindən lazımi qədər gələ bilməməyinə görə ərizəsini yazıb işdən çıxmışdı. 2017-ci ilin mayında prezident ona Xarici İşlər naziri olmağı təklif etmişdi. Bertran Delanoye (Parisdə ona Delanoye xala ləqəbi qoyublar) bu təklifdən imtina etsə də, əvvəllər meriyada onun rəhbərliyi altında işləyən, indi isə Yelisey sarayında Brijit Makronun kabinetində direktor və katib kimi fəaliyyət göstərən Pier-Oliviye Kosta və Tristan Bromet vasitəsilə mesajlarını istədiyi vaxt prezident sarayına ötürə bilir. LREM (Respublika "Hərəkətdə!") partiyasının Paris merinin kreslosuna göz dikdiyini çox yaxşı hiss edən Delanoye, dostları kimi Anna Hidalqonu tənqid etmək fürsətini heç vaxt əldən vermir. Ümumiyyətlə, hakimiyyətdə olan yüksək aylıq gəlirli bu varlı homoseksualların çoxu həm siyasi, həm də iqtisadi baxımdan çox liberaldırlar.

2007-ci ildə onlardan bəziləri – o vaxta qədər Sosialist Partiyasına simpatiya göstərənlər – La Diaqonal siyasi klubunda birləşdilər. Onların məqsədi “solçu Sarkozistləri” bir yerə yığıb onların köməyi ilə həm iqtisadi, həm də ictimai liberalizmi genişləndirmək idi. Prezident seçkiləri zamanı onlar namizəd Sarkozi ilə Parisin mərkəzindəki Bains Douches diskotekasında görüş təyin etdilər. İndi – 10 il sonra – bu yüksək səviyyəli məmurlar, hüquqşünaslar, iş adamları, çıxışlarında biznesə xüsusi yer verən Makrona yaxşı gözlə baxırlar. 2018-ci ilin payızında Londonda yaşayan, Fransanın yeni texnologiya sektorunda internetdə gənc innovativ şirkətləri (French Tech) Britaniyanın paytaxtında təmsil edən Alba Serviant, Mark-Oliviye Fojiel ilə birlikdə homoseksualların Fransada çıxan Tetu jurnalını İngiltərədə də çıxarmaq fikrinə düşür. Onlara bu jurnalın 2013-cü ildən 2015-ci ilə qədər səhmdarı olmuş Jan-Jak Oqier kömək edir. Makronun 8 sentyabr 2016-cı ildə Londona səfəri zamanı, Alba Serviant sağçıların namizədi Fransua Fiyyonun kampaniyasına pul tapmaq üçün ingilis, eləcə də Londonda yaşayan varlı homoseksual fransızlar üçün səhər yeməyi təşkil etmişdi...

“Respublikaçılar arasında Sens Commun (Sosial elmlərdə tədris olunan bir anlayışdır. Bu konsepsiya sosial normaları və dəyərləri, eləcə də simvolik assosiasiyaları bir yerdə birləşdirən bir orqanizmdir.) prinsipinə sadiq qalan GayLib assosiasiyasının üzvləri (GayLib – 2001-ci ildə Fransada yaranan, lezbiyan, gey, biseksual və transların hüquqlarını müdafiə edən assosiasiya) Makronun ətrafına yığışdılar”, – deyə sağçılar partiyasının keçmiş fəallarından biri qeyd edir.

Dünyanın işinə bax ki, Makron nə Amerikanın prezidenti Obama kimidir, nə də Kanadanın Baş naziri Trüdo kimi. Mətbuatdakı imicinə baxmayaraq, o konservatorluğa və bonapartistliyə daha çox meyllidir. Hollandın hakimiyyəti dövründə, Yelisey sarayının baş katibinin müavini olanda, eyni cinsli insanların evlənməsi haqqında müzakirələrin qızğın çağında, Makron prezident aparatında olmağına baxmayaraq, prezidentin (Holland) beş illik müddətinin bu ən böyük islahatını o qədər də dəstəkləməmişdi. Onun keçmiş həmkarlarından birinin dediyinə görə, Makron eyni cinsli insanların evlənməyinin əleyhinə idi. Bundan başqa, prezident Fransua Hollandın yaxın əməkdaşı belə hesab edirdi ki, ölkədəki qlobal iqtisadi problemləri bir yana qoyub homoseksualların evlənib-evlənməməyi ilə məşğul olmaq tamamilə absurd bir şeydir. O ki qaldı lezbiyənlərin süni yolla ana olmaq məsələsinə (PMA), prezident hələ də əvvəlki kimi nala-mıxa vurur, bütün partiyaların, assosiasiyaların fikrini öyrənmək istəyir ki, sonra bir qərar çıxarsın. O vaxt prezidentliyə namizədlik kampaniyasında olduğu kimi, o, konservator katoliklərə hələ də göz-qaş edir... Həmişəki kimi prezident Makronun, həqiqətən, nə istədiyini, hansı mənsəbə qulluq etdiyini başa düşmək mümkün deyil...

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar